Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub


Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb.

ONN media-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m² sahədə və məişət texnikaları əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Geri qayıt