Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu
Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.
ONN media xəbər verir ki, zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.
Smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd olunub.
***
Qəbələ rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin nəzdində fəaliyyət göstərən Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində qeydə alınıb.
Bildirilib ki, yeraltı təkanlar episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Geri qayıt