76 yaşlı kişi yıxılaraq ölüb
Paytaxtda 76 yaşlı kişi yıxılaraq ölüb.
ONN media xəbər verir ki, Xocəsən qəsəbə sakini, 1950-ci il təvəllüdlü Famil Nazim oğlu Abdullayev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən F.Abdullayev orada həyatını itirib.
Binəqədi rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
