Bakıda qadın dənizdə boğuldu
Bakıda qadın dənizdə boğulub.
ONN media xəbər verir ki, Buzovna qəsəbəsinin ərazisində yerləşən çimərlikdə Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel suda boğulub.
Z.Cödelin meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
