Şəmkirdə dörd otaqlı ev yanıb

Şəmkirdə yanğın hadisəsi baş verib.
ONN media -ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın rayonda ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisində baş verib.
Nəticədə zirzəmidə 30 m2 sahəyə yığılmış köhnə ev əşyaları və taxta tullantıları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.