Bakıda məktəb YANIR

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.
ONN media xəbər verir ki, şagirdlər dərhal təxliyə olunub. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
Yanğınsöndürmə və təcili tibbi yardım maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və ətrafdakı evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hadisəni Bakı Şəhər Təhsil İdarəsindən təsdiqləyiblər.