Ucarda ev yanıb

Ucarda ev yanıb


Ucar rayonunda ev yanıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Qazıqumlaq kəndində baş verib.

Nəticədə ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Geri qayıt