Göygöldə avtomobil aşdı

Göygöldə avtomobil aşdı


Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb.

ONN media xəbər verir ki, qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.

Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt