Yeniyetməni hədələyib pulunu aldılar
Hadisə Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
ONN media xəbər verir ki, 2 nəfər şəxs 2002-ci il təvəllüdlü İlkin Abdullayevi sözlə hədələyib cibindən 9 manat pulunu götürüblər.
Hadisədən sonra İ. Abdulayev başına gələni valideyinlərinə danışıb. Valideyinlər övladlarına qarşı törədilən cinayət barədə dərhal polisə məlumat veriblər.
İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərdən 1997-ci il təvəllüdlü Qılman Abbasov saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində isə tədbirlər davam etdirilir.
Faktla bağlı Nəsimi RPİ-də aidiyyatı maddə ilə cinayət işi başlanıb.
