Göyçayda yol qəzası - 1 nəfər ölüb

Göyçayda yol qəzası - 1 nəfər ölüb


Göyçayda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106” markalı minik avtomobilinin "Shagman” yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Geri qayıt