Marşurt avtobuslarında oğurluq

Marşurt avtobuslarında oğurluq


Bakının 2 rayonunda avtobuslarda cibgirlik faktları baş verib.

ONN media xəbər verir ki, 39 nömrəli avtobusda Elşad Nəsirov adlı şəxsin pul kisəsi oğurlanıb. Zərərçəkən Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, pul kisəsində 350 manat pul olub.

Faktla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

Digər analoji hadisə isə Səbail rayonunda 65  nömrəli avtobusda qeydə alınıb. Fəqan Məmmədov Azneft dairəsində marşrutdan düşərkən mobil telefonunun oğurlandığını görüb. 

Zərərçəkən başına gələn oğurluqla bağlı Səbail RPİ-nə şikayət edib.

Geri qayıt