Şəki sakinini it dişləyib

Bu gün saat 16 radələrində rayonun Qoxmuq kənd sakini, 1987-ci il təvəllüdlü Nübar İmaməddin qızı Osmanova it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
ONN media xəbər verir ki, müayinə zamanı 31 yaşlı N. Osmanovaya yaşadığı kəndin ərazisində sahibsiz it hücum edərək onun hər iki yuxarı ətrafını dişləməsi məlum olub.
N. Osmanovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.