Sabirabadda ev külə döndü

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.
ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (üst örtüyü qamışdan ibarət) yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.