Bakıda ikimərtəbəli ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 192 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 96 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.