Goranboyda bədbəxt hadisə

Goranboy rayonunda azyaşlını avtomobil vurub.
ONN media xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Kən ərazisindəki yolda 2013-cü il təvəllüdlü Quliyev Mayıl Kamil oğlunu maşın vurub.
Xəsarət alan uşaq xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.