Məktəbdə 12 yaşlı uşaq qəflətən ölüb

Məktəbdə 12 yaşlı uşaq qəflətən ölüb


Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır. 

Geri qayıt