33 yaşlı kişi həmyerlisi tərəfindən bıçaqlanıb

33 yaşlı kişi həmyerlisi tərəfindən bıçaqlanıb


Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

Kənd sakini, 33 yaşlı Mütalib Paşayev həmyerlisi tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri qayıt