Bakıda avtomobil yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.
ONN media FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.