Yaşlı qadını avtomobil vurdu

Yaşlı qadını avtomobil vurdu


Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, mikroavtobus 8-ci kilometr qəsəbəsində yol kənarında dayanmış 1967-ci il təvəllüdlü Babayeva Gülnarə Rəşad qızının ayağının üzərindən keçib.

Qadın ayağından xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Geri qayıt