Qoyun və quş oğurlayan şəxs saxlanıldı

ONN media xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurladığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanılıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.