Yük maşını 57 yaşlı qadını vuraraq öldürüb

Yük maşını 57 yaşlı qadını vuraraq öldürüb


Gəncədə avtomobil piyadanı vurub öldürüb.

ONN media bildirir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

"Ford" markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon  Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt