Bu hadisə kəndliyə ziyan vurdu

İsmayıllı rayonunda yanğın olub.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Talıstan kəndində “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlaması yanıb.