Şamaxıda bədbəxt hadisə - 58 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq xəsarət alıb

Şamaxı rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.
ONN media xəbər verir ki, 1960-cı il təvəllüdlü Bakı sakini Rüstəmov Abı Balakişi oğlu Şamaxıda ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb.
Zərərçəkmiş boyun fəqərəsinin qapalı sınığı ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.