Azərbaycana qanunsuz partlayıcı maddə idxalı aşkarlanıb

Azərbaycana qanunsuz partlayıcı maddə idxalı aşkarlanıb


Dağıstanda sənaye təyinatlı partlayıcı maddələrin Rusiyadan Azərbaycana idxalında qanun pozuntusu aşkarlanıb.

ONN media xəbər verir ki, bu barədə Şimali-Qafqaz gömrük idarəsi məlumat yayıb.

Dərbənd dəmiryolu stansiyasında saxlanılan yükün daşıyıcısı bəyannamədə 8 ton ammonit tozundan ibarət partlayıcı göstərib.

Yoxlama zamanı isə yükün faktiki çəkisi 8 ton 167,2 kiloqram təşkil edib.

Qanunsuz yolla sərhəddən keçirilməli olan partlayıcılar müsadirə edilərək, ekspert müayinəsinə göndərilib.

İnsidentlə bağlı inzibati xətalar üzrə iş açılıb.

Geri qayıt