Gəncədə iki avtomobil toqquşub - Xəsarət alan var
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ONN media bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Hüseyn Həşimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
