Bakıda avtomobil dirəyə çırpıldı: 1 nəfər ölüb

Bakıda avtomobil dirəyə çırpıldı: 1 nəfər ölüb


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

ONN media nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış bir nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Geri qayıt