Qazaxda məktəbli çayda boğulub

Qazaxda Ağstafaçayda məktəbli boğulub.
ONN media xəbər verir ki, şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Sonradan uşaqlardan biri itib.
Çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.
Aparılan axtarış nəticəsində yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb.