Ağsuçayda minik avtomobilində köməksiz qalan 4 nəfər xilas edilib - FHN

Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər.
Əməliyyat başa çatıb.