Qvatemalada vulkan püskürüb: 25 ölü var

ONN media xəbər verir ki, Qvatemalada "Fueqo" vulkanının püskürməsi nəticəsində 25 nəfər həlak olub. Bu barədə ölkədə təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə Milli Xidmətin nümayəndəsi məlumat yayıb.
Məlumata görə, zərərçəkənlər arasında 12 uşaq da var. Təxminən 3100 nəfər ərazidən evakuasiya olunub.
Hazırda 653 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. İtkin düşənlərin sayı