Bədbəxt hadisə: 41 yaşlı kişi elektrik cərəyanı vurmasından ölüb

Bədbəxt hadisə: 41 yaşlı kişi elektrik cərəyanı vurmasından ölüb


Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

ONN media xəbər verir ki, hadisə bu gün rayonun Çöl Qubalı kəndində qeydə alınıb.

Kənd sakini, 1977- ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov su kanalında elektrik enerjisi ilə balıq tutmaq istəyərkən cərəyan vurması nəticəsində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt