Gürcüstandan gələn avtomobildə gizlədilən mobil telefonlar və aksesuarlar aşkar edilib

Gürcüstandan gələn avtomobildə gizlədilən mobil telefonlar və aksesuarlar aşkar edilib


Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21044" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

ONN media xəbər verir ki, bu barədə məlumat verilib.

Yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 5 ədəd "Samsung Galaxy Grand Prime pro 2018", 5 ədəd "Samsung Galaxy J3 2017" markalı mobil telefonlar, 60 ədəd "qulaqcıq", 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt