Göyçayda 20 ha taxıl sahəsi yandı

Göyçay rayonunda yanğın olub.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Bığır kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilməmiş taxıl sahəsi və 5 ha quru ot yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.