Qaradağda yol qəzası-ÖLƏN VAR

Qaradağda yol qəzası-ÖLƏN VAR


Qaradağ rayonunda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Geri qayıt