Şəkidə yol qəzası - Minik avtomobili yük maşını ilə toqquşub

Şəkidə yol qəzası - Minik avtomobili yük maşını ilə toqquşub


Şəkidə ağır yol qəzası baş verib.

ONN media FHN-ə istinadən xəbər verir ki, rayonun Oraban kəndində "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilinin sürücüsünə yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.

Geri qayıt