Pambıq tarlasında 23 nəfər zəhərləndi

Pambıq tarlasında 23 nəfər zəhərləndi


Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

ONN media xəbər verir ki,  hadisə rayonun Smada kəndində qeydə alınıb.

Tarlada işləyən 23 nəfər  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir.  Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Geri qayıt