Tovuzda yol qəzası

Tovuzda yol qəzası


Tovuzda piyadanı avtomobil vurub.

ONN media xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. “Opel” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1975-ci il təvəllüdlü Mustafayeva Svetlana Tofiq qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri qayıt