Ağstafada iki avtomobil toqquşdu - Yaralanan var

Ağstafada iki avtomobil toqquşdu - Yaralanan var


Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ONN media bildirir ki,  hadisə Bakı-Qazax magistral yolunun 460-cı kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21012” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Geri qayıt