Şəkər xəstəsi dərman içərək öldü – Gəncədə

Şəkər xəstəsi dərman içərək öldü – Gəncədə


Gəncədə şəkər xəstəliyindən əziyyət çəkən kişi ürək dərmanından zəhərlənib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, şəkər xəstəsi olan 1942-ci il təvəllüdlü Budaqov Talıb Bayram oğlu özünü pis hiss etdiyi üçün ürək dərmanı qəbul edib. Halı daha da pisləşən kişi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Geri qayıt