Maşın naməlum piyadanı vurub

Maşın naməlum piyadanı vurub


Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt