“Mercedes” “VAZ”la toqquşdu - 1 ölü, 2 yaralı

“Mercedes” “VAZ”la toqquşdu - 1 ölü, 2 yaralı


Biləsuvarda yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

ONN media FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış iki nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.

Geri qayıt