Naftçalada bədbəxt hadisə: azyaşlı uşağın üzərinə beton daş parçası düşüb

Naftçalada bədbəxt hadisə: azyaşlı uşağın üzərinə beton daş parçası düşüb


Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

ONN media xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt