Futbol yığmasının olduğu təyyarə qəzaya uğradı

Futbol yığmasının olduğu təyyarə qəzaya uğradı


Göyərtəsində futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının olduğu təyyarə qəzaya uğrayıb.

ONN media xəbər verir ki, ərəblər Uruqvayla dünya çempionatının II tur matçı üçün Rostov-Dona uçarkən hava gəmisinin mühərriki yanıb. Yanğına baxmayaraq, təyyarə komanda ilə birgə hava limanına uğurla eniş edib.

Qeyd edək ki, iyunun 20-də "Rostov Arena"da keçiriləcək Uruqvay - Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İlk turda Səudiyyə Ərəbistanı Rusiyaya 0:5 hesabı ilə uduzub. Uruqvay isə Misirə qalib gəlib - 1:0.

Geri qayıt