Bakıda əməliyyat: oğru dəstəsi yaxalandı

Bakıda əməliyyat: oğru dəstəsi yaxalandı


Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

ONN media xəbər verir ki, Bakı şəhər sakini Maarif Orucovun 830 manat pul və mobil telefonunun oğurlanması barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri Eşqin İsmayılov, İlyas Əsgərov və Şahin İsmayılov saxlanılıblar.

Geri qayıt