46 yaşlı kişi damdan yıxılıb

46 yaşlı kişi damdan yıxılıb


Kürdəmir rayonunda 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Mahmud Ağabala oğlu Hacıyev həyətindəki tövlənin damına ot yığarkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt