Gəncədə evləri qarət edən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Miyani tutulub.
ONN media istinadən bildirir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may-noyabr ayları ərzində rayon ərazisində 8 evdən, 5 avtomobildən və 1 mağazadan pul, velosiped, akkumulyator, səsgücləndiricilər, su mühərriki, təmir-tikinti alətləri, elektrik naqili, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Miyani tutulub.