55 yaşlı kişini avtomobil vurdu

55 yaşlı kişini avtomobil vurdu


Kürdəmir rayonunda 55 yaşlı piyadanı avtomobil vurub.

ONN media xəbər verir ki, 1963-cü il təvəllüdlü şəhər sakini Salahov Tahir Allahverdi oğlu Babək prospektində yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt