Kürdəmirdə bədbəxt hadisə

Kürdəmirdə bədbəxt hadisə


ONN media xəbər verir ki, Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt