Mənzildə qadın meyiti tapıldı

Mənzildə qadın meyiti tapıldı


Bakıda mənzildə 74 yaşlı qadın meyiti tapılıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Geri qayıt