Gəncədə mağazalar yandı

Gəncədə mağazalar yandı


Gəncədə yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 640 kv.m olan bir dam altında tikilmiş ümumi sahəsi 24 kv.m olan mağazanın yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 24 kv.m olan mağazanın yanar konstruksiyaları 9 kv.m sahədə yanıb.

Yüksək temperaturdan digər mağazanın 1 ədəd plastik qapısı əriyib. Digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Geri qayıt