Sabirabadda 4 otaqlı ev yandı

Sabirabadda 4 otaqlı ev yandı


Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

ONNmedia Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Narlıq kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin tavanı 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Geri qayıt